Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi
İclasın gündəliyinə:
1. 2013-cü ilin birinci rübündə Ağstafa rayonunun sosial-iqtisadi inkişafının yekunları və Ağstafa rayonunun sosial-iqtisadi inkişafı Proqramının (2011-2013-cü illər) icrası istiqamətində görülən işlər barədə.
2. Rayon Heydər Əliyev Mərkəzinin işinin daha da canlandırılması, Heydər Əliyev siyasi irsinin öyrənilməsi, gənclərin dünya görüşünün genişdləndirilməsi istiqamətində əsas ideoloji mərkəz kimi işin təşkili və tədqiqatçı qrupların işi barədə.
3. Rayonda nigah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi və bu münasibətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsinin təmin edilməsi, nigahdankənar doğulan uşaqların rəsmi qeydiyyata alınması istiqamətində yerli icra nümayəndəlikləri ilə qeydiyyat orqanının birgə işi barədə.
İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq gündəlikdə duran məsələləri iclas iştirakçılarının nəzərinə çatdırdı. Gündəlikdə duran məsələlər barədə rayon İcra hakmiyyəti başçısının müavini Aydın Hacıyev, RİH başçısının müavini Lalə Eyyubova, RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanovun məruzələri dinlənildi. Qeyd olundu ki, 2013-cü ilin birinci rübündə Ağstafa rayonunun sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə edilmişdir. Rayonun ictimai həyatında mühüm əhəmiyyəti olan Heydər Əliyev Mərkəzinin işinin daha da canlandırılması, Heydər Əliyev siyasi irsinin öyrənilməsi istiqamətində ardıcıl iş aparılmışdır.
Cənab Məhərrəm Quliyev məsələlərin müzakirəsi zamanı ortaya çıxan nöqsanlar və çatışmamazlıqlarla əlaqədar olaraq müvafiq təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasının işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov iştirak etmişdir.
Ümumilikdə Şura iclası işgüzar şəraitdə keçdi.