Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il ali məktəblərə qəbul olunan gənclərlə rayon İcra hakimiyyəti başçısının görüşü keçirildi

04 sentyabr 2018 | 11:00

Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bu il Ağstafa rayonunun ümumtəhsil məktəblərindən ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının, rayon Təhsil şöbəsinin məsul işçiləri, müəllimlər, valideynlər, tələbə adını qazanmış gənclər və eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı, ilk öncə tələbə adını qazanmış gəncləri, valideynləri təbrik etdi və  onların üzərində əməyi olan hər bir müəllimə dərin təşəkkürünü bildirdi. İcra başçısı ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından geniş söz açdı. Qeyd olundu ki, milli təhsil sisteminin qurucusu ulu öndərimiz Heydər Əliyev bu sahəyə xüsusi həssaslıqla yanaşmış və daim yüksək qayğı göstərmişdir.  Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə təhsilinin inkişafı ən yüksək səviyyəyə çatdırılmışdır. Ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafa rayonunda da ümumtəhsil müəssisələri əsaslı təmir olunur, rayonun cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində belə ən müasir tələblərə cavab verən yeni-yeni təhsil ocaqları tikilib istifadəyə verilir. Rayon təhsilinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müvafiq tədbirlər icra olunur.

 

Keçidlər