Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD ƏSGƏRİMİZ ADİL TATAROVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ İDMAN TURNİRİ KEÇİRİLDİ

05 sentyabr 2018 | 11:00

Bu ilin may ayının 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olmuş Adil Əli oğlu Tatarovun xatirəsinə həsr olunmuş idmanın əlbəyaxa döyüş növü “Karate-do” üzrə açıq Ağstafa rayon birinciliyi keçirildi.  Şəhid əsgərimizin təhsil aldığı Qıraq Kəsəmən kənd tam orta məktəbin idman zalında təşkil olunan tədbirdə  Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, şəhidin atası, Adil Tatarov, anası, Şükufə Tatarova və digər ailə üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Turnirə  ağstafalı idmançılarla yanaşı  Bakı və  Gəncə şəhərlərindən, Göygöl, Şəmkir, Tovuz və Qazax rayonlarından olan yeniyetmə və gənc  idmançılar da  qatılıblar.
Turniri giriş nitqi ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı ilk öncə Adil Tatarovun timsalında bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini xahiş etdi. İcra başçısı Adil Tatarovun keçdiyi şərəfli döyüş yolundan, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ökəmizin ordu quruculuğundan və hərbi qüdrətindən geniş bəhs etdi. Öz çıxışlarında şəhidin valideynləri Adilin də hər zaman idmanla məşqul olduğunu və bu cür tədbirləin təşkili onun ruhunu şad etdiyini qeyd etdilər. Şəhidlərə və onların doğmalarına göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə etdilər. Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli bildirdi ki, bu cür tədbirləin təşkili gənc nəslin sağlam təlim-tərbiyəsinin formalaşması və hərbi vətənpərvəik ruhunun yüksəldilməsində müstəsna təsirə malikdir.
Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən komanda hesabında 1-ci yerə Gəncə şəhər, 2-ci yerə Ağstafa, 3-cü yerə isə Qazax rayonları layiq görüldülər. Qaliblər müvafiq medal və diplomlarla təltif olundular.

 

Keçidlər