Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai kəndində növbəti səyyar qəbul-görüş

26 aprel 2013 | 10:00

Əvvəlcə Xətai kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Musa Hüseynov Xətai kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. O, qeyd etdi ki, Xətai kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Xətai, Yenigün və Qaçaq Kərəm kəndlərini əhatə edir. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Sədayə Bilalova Qaçaq Kərəm  kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, məktəb binasının əsalı təmir edilməsini təklif etdi.
2. Xəliddin Cəlilov Yenigün kəndində bir ədəd subartezian quyusunun qazılmasına ehtiyac olduğunu qeyd etdi.
3. Aydın Axundov kanalizasiya çəkilişi zamanı abonent quyusu barədə yaranan problemlə əlaqədar çıxış etdi.
4. Fuad Əliyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
5. Hidayət Mansurov Müseyib Allahverdiyev küçəsinin yenidən qurulmasının vacibliyindən danışdı.
6. Gülşad İsmayılova Yenigün kənd tam orta məktəbin qarşısında olan təbii qaz xətti keçən keçidin təmir edilməsini xahiş etdi.
7. Tağı Tağıyev oğluna həyətyanı torpaq tələbi barədə çıxış etdi.
8. Nəsib Əliyev Xətai və Yenigün kəndlərinin bəzi hissələrində təbii qazın təzyiqinin aşağı olmasını qeyd etdi.
9. Tükəzban Qəhrəmanova ürəyində əməliyyat olunması ilə əlaqədar köməklik olunmasını xahiş etdi.
10. Məcid Tağıyev Ağstafa Qaz İstismar idarəsi tərəfindən abonentlərə borc yazılmasının araşdırılmasını xahiş etdi.
11. Gülgəz Abbasova Qaçaq Kərəm kəndində kanalizasiya sistemi və içməli su şəbəkəsi çəkilən zaman içməli su xəttinin sıradan çıxması ilə əlaqədar məlumat verdi.
12. Natella Xasayeva Yenigün kənd uşaq bagçasına soyuducu alınmasını xahiş etdi.
13. Cəfər Cəfərov Xətai və Yenigün kəndlərinin içməli su təminatının yaxşılaşdırılmasına ciddi ehtiyac olduğunu qeyd etdi.
14. Eldəniz Əliyev Xətai kəndində 13 ailənin həyətyanı torpaq sahələrinin suvarılmasında yaranan problemdən danışdı.
15. Göyçək Əhmədova maddı köməkdarlıq edilməsini xahiş etdi.
16. Cəlil İbrahimov ərazidəki subartezian quyularının işləmə vaxtının artırılmasını xahiş etdi.
17. Roman Hacıyev mərhum anasına pay torpağının verilməməsi  barədə məlumat verdi.
18. Raziyyə Kazımova Rəfail Əsədov küçəsinin yenidən qurulmasına ehtiyac olduğunu qeyd etdi.
19. Məhəmməd Babaxanov sərnişin qatarlarından əraziyə atılan məişət tullantılarının qarşısının alınması haqqında danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Qaçaq Kərəm kəndinin kanalizasiya sistemi və içməli su şəbəkəsinin çəkilişi başa çatmışdır. Cari ildə Xətai və Yenigün kəndlərinin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutuımuşdur.
Сənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər