Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon təhsil işçilərinin Sentyabr konfransı keçirilib

10 sentyabr 2018 | 11:00

Bu gün Ağstafa rayon təhsil işçilərinin Sentyabr konfransı keçirilib. Ağstafa rayon  Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Piralı Əliyev, təhsil işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  İlk öncə konfrans iştirakçıları Ağstafa şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidə kompleksini ziyarət ediblər. Ümummilli Liderimizin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı, rayonun təhsil ictimaiyyətini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib. Ölkəmizdə təhsil sahəsinin inkişafından, həyata keçirilən islahatlardan və əldə olunan uğurlar barədə geniş söz açıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanmış, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının müntəzəm dəstəyi və qayğısının nəticəsi olaraq, yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş azkomplektli məktəblər üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin infrastrukturunun yenidən qurulmasına, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərmişdir.
Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov geniş məruzə ilə çıxış edərək bildirdi ki, yeni dərs ilinə hazırlıqla əlaqədar ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklə təminatı məsələlərinə də ciddi fikir verilmiş, Təhsil Nazirliyi tərəfindən ayrılmış dərsliklər vaxtında gətirilmiş, rayonun ümumtəhsil məktəblərinə bölgü əsasında paylanmışdır. 2017/2018- ci dərs ilində Ağstafa RayonTəhsil Şöbəsinin nəzdində 33 tam orta, 2 ümumi orta, 3 ibtidai ümumtəhsil məktəbi, 1 texniki və humanitar təmayüllü lisey, Uşaq-Gənclər İnkişaf Mərkəzi, Uşaq-Gənclər İdman-Şahmat Məktəbi kimi 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. 11-ci sinif şagirdlərinin buraxıllış imtahanlarının nəticələrinin təhlili də cari il məzunlarının bilik və bacarıqlarının ötən illə müqayisədə daha yüksək olmasını göstərir. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkilində, elm, incəsənət və idman sahələri üzrə xüsusi istedada malik uşaqların istedad və qabiliyyətlərinin inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malik olan 2 məktəbdənkənar tərbiyə müəssisəsinin 50 qrupunda 768 şagird məşğul olmuşdur.
Təhsil Nazirliyinin məsul işçisi Piralı Əliyev öz çıxışında nazirliyin nazirlyin qarşıya qoyduğu vəzifə, tələb və tövsiyələrdən söz açıb.
Sonra Zəlimxan kənd tam orta məktəbinin direktoru Qalib Cəfərov, Texniki-Humanitar təmayüllü liseyin müdiri Nağı Nağıyev və digərləri rayon təhsil ictimaiyyəti adından  Ağstafa təhsilinə göstərilən yüksək dövlət qayğısına  görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Təhsil Nazirliyi tərəfindən Ağstafa şəhəri texniki-humanitar təmayüllü liseyin biologiya müəllimi Könül Nəsirovaya “Respublika Pedaqoji” mühazirələrinin nəticələrinə görə layiq görüldüyü “Tərifnamə” təqdim olunmuşdur. Eləcə də Ağstafa rayonunda pedaqoji fəaliyyətlərində fərqləndiklərinə görə bir qrup təhsil işçisi Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunublar.
Konfrans işgüzar şəraitdə keçib.

 

Keçidlər