Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda məktəbəqədər təhsil müəssisələrinin vəziyyətinə dair geniş müşavirə keçirilib

11 sentyabr 2018 | 11:00

Ölkəmizdə təhsilə, o cümlədən, məktəbəqədər təhsilə dövlətimiz  tərəfindən göstərilən xüsusi diqqət və qayğı nəticəsində ən yüksək tələblərə cavab verən körpələr evi-uşaq bağçalarının sayı ilbəil artır. Həmçinin  Ağstafa rayonunda da məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir,  əsaslı təmir və  yenidənqurma işləri həyata keçirilir, yeni-yeni körpələr-evi uşaq bağçaları inşa olunaraq körpə balalarımızın  ixtiyarına verilir. Bu gün Ağstafa rayonu İcra hakimiyyəti başçı aparatının akt zalında rayonda məktəbəqədər təhsil müəssisələrinin vəziyyətinə dair geniş müşavirə keçirilib. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin rəhbərliyi ilə keçirilən tədbirdə, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, körpələr evi-uşaq bağçalarının müdirləri iştirak ediblər. Rayonda bu sahənin mövcud vəziyyəti, narahatçılıq doğuran məsələlər ətraflı müzakirə edilib. Bağça müdirlərinin arayışları dinlənilib. İcra başçısı qeyd edib ki, bu gün ölkəmizdə körpə və uşaqlara göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Rayonumuzun məktəbəqədər təhsil müəssisələrində dövlətimiz tərəfindən uşaqların  milli ruhda  böyüməsi, təlim-tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması və sağlamlıqlarının qorunması üçün ən yüksək şərait yaradılmışdır. Bu sahədə çalışan və  tutduğu vəzifəsindən asılı olmayaraq hər bir şəxs, işinə yüksək məsuliyyət  və sədaqətlə yanaşmalıdır.  Fəaliyyətində hər hansı bir nöqsan aşkar edilən müəssisələr və şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir.  Rayon İcra hakimiyyətinin başçısı aidiyyəti üzrə konkret tapşırıqlarını verib.
Tədbir işgüzar şəraitdə keçib.

Keçidlər