Şriftin ölçüsü :

Saytın rəngi :

Köçvəlili kəndində növbəti səyyar görüş

12 sentyabr 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq,  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbul-görüşlərini davam etdirir. Növbəti səyyar görüş Köçvəlili kənd sakinləri ilə keçirilib. Tədbirdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak edib. Səyyar görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, ictimai-siyasi sabitliyindən söz açaraq qeyd edib ki, respublikamızın ən ucqar yaşayış məntəqələrində belə gedən dinamik inkişaf dövlətimizin qüdrətinin bariz nümunəsidir. Elə Köçvəlili kəndində görülən işlər də bu deyilənləri bir daha təsdiq edir. Belə ki, Ağstafa rayonunun ən ucqar kəndlərindən biri olan bu kənddə hazırda ən müasir  tələblər  çərçivəsində çəkilən içməli su xəttinin çəkilişində son tamamlama işləri həyata keçirilir, kəndin mavi qazla təchizatı yüz faizə çatdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunur,  bu kəndi də əhatə edən və əsaslı şəkildə yenidən qurulan 60 km uzunluğunda Ağstafa-Poylu-Sadıqlı-Gürcüstan sərhəd avtomobil yolunu və görülən digər işləri misal çəkə bilərik.
İcra başçısı görüşdə iştirak edən vətəndaşların təklif və müraciətlərini qəbul edib. Öz növbəsində sakinlər  mərkəzi avtomobil yolunun kənarında bir ədəd avtobus dayanacağının quraşdırılması, kəndin girişinə doğru asfalt örtüyün salınması,  ərazidə yerləşən ikimərtəbəli çoxmənzilli kommunal yaşayış binasının dam örtüyünün yenidən qurulması, mərkəzi suvarma arxının betonlanması kimi məsələləri ön plana çəkiblər. Qeyd olunanlarla bağlı müvafiq təşkilat rəhbərlərinin də arayışları dinlənilib. İcra başçısı qaldırılan bu və digər məsələləri şəxsi nəzarətinə götürüb və operativ qaydada həlli istiqamətlərində aidiyyəti üzrə tapşırıqlarını verib.

 

Keçidlər