Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri və Xətai kəndini birləşdirən M.Allahverdiyev küçəsi yenidən qurulur

13 sentyabr 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, reallaşdırılan sosial infrastruktur layihələr, son illərdə daha geniş vüsət almışdır. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində həmçinin Ağstafa şəhər küçələri də planlı şəkildə əsaslı qaydada yenidən qurulur.  Hazırda Ağstafa şəhəri və Xətai kəndini birləşdirən Müseyib Allahverdiyev küçəsində yenidənqurma işləri sürətlə davam etdirilir. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə küçədə aparılan təmir-tikinti işləri ilə yerində tanış olub. Orada yaşayan bir sıra sakinlərlə görüşərək onların istək və təkliflərini dinləyib.  Sakinlərin də müraciətlərini nəzərə alan İcra başçısı,  təmirlə əlaqədar müvafiq tapşırıqlarını verib. Hazırda küçəyə qalınlığı  7,0 sm qalınlığında  asfalt-beton örtüyünün salınması işləri yekunlaşmaq üzrədir. Ümumi işlərin yaxın günlərdə yekunlaşdırılması və yenilənmiş küçənin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

 

Keçidlər