Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər Musiqi Mərkəzində mülki müdafiə dərslərinə dair geniş metodiki toplantı keçirilib

14 sentyabr 2018 | 11:00

2018-ci il üçün Fövqəladə Hallar Nazirliyi  Gəncə Regional Mərkəzinin təşəbbüsü ilə Ağstafa rayonunun  ümumtəhsil məktəblərində mülki müdafiə dərslərini tədris edən, 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün metodiki toplantı keçirilib. Tədbirdə  regional mərkəzinin  əməkdaşları, rayon Təhsil Şöbəsinin və rayon səhiyyəsinin məsul işçiləri iştirak ediblər.  Tədbirin giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının məsul işçisi  Şahhüseyn Qurbanov   açaraq mövzunun əhəmiyyətindən danışdı və fövqəladə hallar zamanı orta məktəb şagirdlərinin müdafiəsi üçün mülki müdafiə biliklərinə yiyələnməsinin vacibliyini vurğuladı. Sonra regional mərkəzin Mülki Müdafiə İdarəsinin mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi polkovnik Məhəmməd  Tağıyev “Şagirdlərin mülki müdafiə biliklərinə yiyələnməsində müəllimlərin rolu” mövzusunda geniş məruzə ilə çıxış eedib,  mülki müdafiənin məqsəd və vəzifələrini bir daha bu fənni tədris edən pedaqoqların diqqətinə çatdırıb. Tədbirdə şöbənin baş zabiti Bəhayi Nəsirov əyani qaydada fərdi mühafizə  vasitələrindən istifadə qaydalarını izah edib və sualları cavablandırıb. Mülki müdafiə şöbəsinin baş zabiti Səhman Hacıyev isə öz növbəsində fövqəladə hallar zamanı orta məktəb şagirdlərinin təxliyəsi və sığınacaqlarda, daldalanacaqlarda yerləşdirilməsindən ətraflı bəhs edib.Daha sonra Ağstafa Rayon Mərkəzi Xəstəxananın həkimi Mahidə Nəbiyeva   fövqəladə hallar zamanı zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi mövzusunda geniş məruzə edib.  Metodiki toplantı iri ölçülü ekranda, mövzuya dair videoçarxın nümayişi ilə davam etdirilib.

 

Keçidlər