Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibəti ilə elmi-praktiki konfrans keçirilmişdir
Ağstafa rayon Mərkəzi Xəstəxanasında akademik Zərifə Əliyevanın 90 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirildi. Tədbirdə çıxış edən Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, Mərkəzi Xəstəxananın baş həkimi İlham Mustafayev, baş həkimin müavini Fatma Vəliyeva, Konsultativ Poliklinikanın müdiri Həcər Namazova, Cərrahiyyə şöbəsinin müdiri Ənvər Hacıyev, həkim aftalmoloq Gülnar Abdullayeva, Terapiya şöbəsinin müdiri Kamandar Məmmədli, Uşaq Xəsəlikləri şöbəsinin müdiri İradə Batıyeva akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı, Azərbaycanın tibb elminə verdiyi dəyərli töhvələrdən bəhs etdilər.
Qeyd olundu ki, Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva fədakar həkim kimi bir sıra göz xəstəliklərinin, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmişdir. O, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Akdemik Zərifə xanım Əlieyvanın keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alim və həkimi üçün böyük bir məktəb olduğu vurğulandı.