Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Aqrar Sənaye Kompleksinin inşasında son tamamlama işləri həyata keçirilir

18 sentyabr 2018 | 11:00

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan  Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşasına  2015-ci ilin martında başlanılıb.  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev  12 aprel 2012-ci il tarixdə  “Ağstafa Aqroservis” MMC-nin açılışında olduğu kimi, 19 oktyabr 2016-cı il tarixdə Ağstafa rayonuna etdiyi növbəti səfəri çərçivəsində  “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılan  taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak etmişdir. Dövlət başçısı ümumilikdə “Ağstafa Aqroservis” MMC-nin  layihələri çərçivəsində görülən işləri yüksək qiymətləndirmişdir.
Hazırda lyihəyə uyğun olaraq inşaat işləri sürətlə davam etdirilir. Saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyektlərinin binalarının tikintisi sürətlə davam edir. Müasir standartlara uyğun 140 yerlik yeraltı avtomobil dayanacağı tikilmişdir. Ümumi sahəsi  2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunur. Layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir. Burada inşa olunan taxıl dəyirmanın emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu, həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcəkdir.

Keçidlər