Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş

19 sentyabr 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Xətai kəndində keçirilən növbəti səyyar görüşdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, ictimai-siyasi sabitliyindən, hərbi qüdrətindən geniş bəhs edib. Eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda Ağstafa rayonunda əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə icra olunan tədbirlər çərçivəsində Xətai və Yenigün kəndlərində yeni içməli su xətti sisteminin çəkilişi işləri son tamamlama mərhələsindədir. Həmçinin Ağstafa şəhəri ilə Xətai kəndini birləşdirən M.Allahverdiyev küçəsində aparılan əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir. Həmin küçədən Qaçaq Kərəm kənd tam orta məktəbinin qarşısınadək yeni asfalt örtüyünün salınması üçün hazırlıq işləri aparılır. Dövlətimizin diqqət və qayğısı ilə Xətai kəndinin timsalında görülən bütün bu işlər, ümumilikdə biz ağstafalılara göstərilən yüksək diqqəti bir daha təzahür edir. 
İcra başçısı görüşdə iştirak edən sakinlərdən kənddə narahatlıq doğuran istənilən məsələnin açıq şəkildə səsləndirilməsini xahiş edərək, onların təklif və müraciətlərini qəbul edib. Sakinlər, Yenigün kəndində bir ədəd artezian quyusunun qazılması, kəndin mərkəzindən keçən asfalt yolun müvafiq hissələrində avtomobillərin sürətinin azaldılması üçün  yol “tramplin”lərin quraşdırılması, Xətai kəndi  ərazisində  suvarma kanallarının betonlaşdırılması işlərinin tam olaraq sona çatdırılması kimi məsələləri diqqətə çatdırıblar. Qeyd olunanlarla bağlı müvafiq təşkilat rəhbərlərinin arayışları dinlənilib. İcra başçısı qaldırılan bu və digər məsələləri şəxsi nəzarətinə götürüb və operativ qaydada həlli istiqamətlərində aidiyyəti üzrə tapşırıqlarını verib.

Keçidlər