Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun qış mövsümünə hazırlığının vəziyyəti müzakirə edilib

26 sentyabr 2018 | 11:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş tərkibli iclası keçirilib. Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyətinin işçiləri,  rayonun hüquq-mühafizə orqanlarının,  idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İclası giriş sözü ilə açan cənab Məhərrəm Quliyev rayonun qışa hazırlığı sahəsində görülən təxirəsalınmaz tədbirlərdən ətraflı danışıb. Qeyd olunub ki, payız-qış mövsümündə kommunal və xidmət təşkilatları xüsusi ilə diqqətli olmalıdırlar. Bütün texnika və avadanlıqları saz vəziyyətə gətirilməli, müvafiq növbətçi briqadalar yaradılmalıdır.  Rayonun bütün  yaşayış məntəqələrində  elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılması üçün ciddi tədbirlər görməlidirlər. Qış mövsümündə qaz verilişində əhali arasında  ciddi narahatçılıqların  yaranmaması üçün abonentlər arasında təzyiq məsələsi düzgün nizamlanmalıdır. Həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi məqsədi ilə əhali arasında maarifləndirici izahat işləri genişləndirilməlidir. Yol istismar sahəsi xidmət etdiyi yollarda qardan, palçıqdan və lildən təmizləmə, yolun çiyinlərində və körpülərdə müvafiq təmizlik işlərinin operativ qadada aparılmasına tam hazır olmalıdır. Bu sahədə görülən işlərə də toxunan İcra başçısı qeyd edib ki, rayonun Ermənistanla həmsərhəd Tatlı, Yaradullu kəndlərində elektrik təsərrüfatının tamamilə yenidən qurulmasına başlanılmış və Köhnəqışlaq kəndinin də elektrik təsərrüfatının yenidən qurulması cari ildə nəzərdə tutulmuşdur. M.Allahverdiyev küçəsi 11, 12, 13 nömrəli, İ. Hüseynov küçəsi 4 saylı, Ü. Hacıbəyob küçəsi 23 saylı çoxmənzilli yaşayış binalarının dam örtükləri əsaslı təmir edilmiş, S. Vurğun küçəsi 98 nömrəli  yaşayış binasının dam örtüklərində təmir işləri aparılmışdır. Təmir işləri aparılan yaşayış binalarının ətrafında abadlıq işləri yerinə yetirilmiş, əhalinin istirahəti üçün şərait yaradılmış, Ş. Qurbanov küçəsi 23 və 24 nömrəli 5 mərtəbəli yaşayış binalarının pilləkən addım və meydançalarının, bütövlükdə pilləkən qəfəsələrinin təmiri başa çatdırılmışdır. Hazırda Poylu qəsəbəsində 3 ədəd çoxmənzilli yaşayış binalarında təmir işləri davam etdirilir. Balansında olan yüksək mərtəbəli yaşayış binalarının ventilyasiya və tüstü bacaları təmizlənmişdir.  Rayon Mərkəzi Xəstəxanası, Poliklinika, Uşaq xəstəlikləri şöbəsi və Doğum şöbəsi qazanxana sistemi ilə təmin edilmişlər. Qış mövsümünə hazırlıqla bağlı Mərkəzi xəstəxanan istilik sistemində təmir işləri aparılmışdır. Doğum şöbəsində əsaslı təmir işləri aparılmış, uşaq xəstəlikləri şöbəsində  təmir işlərinə başlanılmışdır.
Məsələ ətrafında geniş müzakirələr aparılıb və müvafiq sahələrə məsul olan şəxslərin  arayışları dinlənilib. Rayon  İcra hakimiyyətinin  başçısı mövcud nöqsan və çatışmazlıqların tez bir zamanda aradan qaldırılması istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlarını verib.
Şura iclası işgüzar şəraitdə keçib.

 

Keçidlər