Şriftin ölçüsü :

Saytın rəngi :

1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü Ağstafada qeyd edilib

01 oktyabr 2018 | 11:00

Bu gün Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 100 illik yubileyi münasibətilə geniş tədbir keçirilib. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, raonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak edib. Tədbir iştirakçıları öncə mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə dərin ehtiramlarını bildiriblər. Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zallarında dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolara tamaşa ediblər. 

Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı ilk öncə ölkəmiz üçün əlamətdar  gün münasibətilə prokurorluq işçilərini təbrik edib. Qeyd olunub ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev  ölkənin bütün sahələrində,  o cümlədən  prokurorluq orqanlarında həyata keçirtdiyi hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqlarımızın və qanunun aliliyinin təmin olunmasına şərəflə xidmət edən dövlət təsisatına çevrilmişdir. Bu gün də Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla davam etdirən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasət  uğurla davam etdirilir. Sonra  Ağstafa rayon prokuroru Aslan Surxayev çıxış edərək bildirib ki, bu gün 100 illik yubileyini qeyd edən Azərbaycan Prokurorluğu əməkdaşları, məhz Ulu Öndərimizin  17 iyul 1998-ci ildə imzaladığı Sərəncamı ilə hər il oktyabr ayının 1-i peşə bayramı günü kimi qeyd edirlər. Bu bayram həm də biz prokurorluq işçilərinə göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Tədbirdə çıxış edən Ağstafa rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov, Rayon Məhkəməsinin sədri İlqar Əliyev və digərləri çıxış edərək  bildirblər ki, ölkəmizdə prokurorluğun hüquq mühafizə orqanları ilə birgə həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası dünyada ən təhlükəsiz və sabit ölkələrdən biridir. Tədbirdə fəaliyyətlərində fərlqləndiklərinə görə rayon prokurorluğunun bir sıra əməkdaşları Ağstafa Rayon İcra hakimiyyətinin müvafiq fəxri fərmanları ilə  təltif olunublar.

 

Keçidlər