Şriftin ölçüsü :

Saytın rəngi :

“Səyyar ASAN Qatar” xidməti 15 oktyabr 2018-ci il tarixədək Ağstafada vətəndaşlara səyyar xidmət göstərəcəkdir.

01 oktyabr 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  "ASAN xidmət" Mərkəzinin “Səyyar ASAN Qatar” xidməti 01 oktyabr 2018-ci il tarixdən 15 oktyabr 2018-ci il tarixədək Ağstafa rayonunda vətəndaşlara səyyar xidmət göstərəcəkdir.
Ünvan: Ağstafa şəhəri, Rafiq Alıcanov küçəsi, Ağstafa Dəmiryolu stansiyasında.
Əlavə məlumat üçün “108” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Göstəriləcək xidmətlər:
Ədliyyə Nazirliyi:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

Daxili İşlər Nazirliyi:
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Dövlət Sosial Müdafiə Fondu:
• Əmək pensiyalarının təyin edilməsi;

Əmlak Məsələləri Dövlət Komitəsi:
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.

Yardımçı xidmətlər:
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
• Foto xidməti;
• Tibbi xidmət.
• Laboratoriya xidməti (daxildi 400 növ üzrə analiz.)
• Aptek xidməti.

Keçidlər