Şriftin ölçüsü :

Saytın rəngi :

Zəlimxan kəndində Şəhidlər Parkı istifadəyə verilib

03 oktyabr 2018 | 11:00

Ağstafa rayonunun Zəlimxan kəndindən olan və vətən uğrunda canlarından keçmiş əsgərlərimizin əziz xatirəsinə inşa olunmuş Şəhidlər Parkı sakinlərin istifadəsinə verilib. Kəndin mərkəzi hissəsində 0,20 hektar ərazidə salınmış parkda şəhidlərin Abidə Kompleksi ucaldılmışdır. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  şəhidlərin doğmaları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  parkın salınmasında yaxından təşəbbüs göstərmiş zəlimxanlı iş adamları, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. İlk öncə parkda yaradılan şəraitlə yaxından tanış olunub. Ətraf dekorativ hasarla əhatə olunmuş, parkda buruçatka tipli daşlardan səkilər salınmış, skamyalar quraşdırılmışdır. Ərazisində şərq çinarı və şam ağacları əkilmişdir. yaşıllıqların suvarılması məqsədi ilə su xətti çəkilmiş, ərazidə olan yüksək gərginlikli elektrik və rabitə xətləri  ərazidən kənara çıxarılmışdır.
Tədbirdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan geniş bəhs olunub. Şəhid ataları Ələşrəf Məmmədov və Bayram Nəbiyev bütün şəhidlərimizə və onların doğmalarına hər zaman göstərilən yüksək diqqət və qayğıya görə  dövlətimizə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər