Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Beynəlxalq Müəllimlər Günü qeyd olunub

04 oktyabr 2018 | 11:00

Ağstafa şəhəri  “Yazıçılar Evi”ndə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə geniş tədbir keçirilib. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonunun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun  təhsil işçiləri və ictimaiyyətinin nümayəndələri iştirak edib.
Bayram tədbirini giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq ilk öncə  bu əlamətdar gün münasibəti ilə rayonun təhsil ictimaiyyətini təbrik edib. Yeni tədris ilində onların hər birinə müvəffəqiyyətlər arzulayaraq  qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müəllim əməyinə həmişə yüksək qiymət vermişdir. Ulu Öndər bildirmişdir ki, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.
Bu gün milli təhsilimizin inkişafı məsələsi öz məzmununu dəyişərək, artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmişdir. Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı nəticəsində  orta məktəblərdə təhsilin səviyyəsi yüksəlmiş, müəllim və şagirdlər üçün maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Ağstafa rayonunda da yeni məktəblərin tikintisi, əsaslı təmiri, inventar və avadanlıqlarla təmin olunması istiqamətində mühüm işlər görülmüşdür. Son illərdə rayonda 10 yeni məktəb binası, o cümlədən rayonun ən ucqar və Ermənistanla həmsərhəd kəndi olan Köhnəqışlaq kəndində yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamı ilə Ağstafa şəhər 3 saylı tam orta məktəb əsaslı təmir olunmuşdur. Hazırda Böyük Kəsik kənd tam orta məktəbinin yeni binasının tikintisinə başlanılmış və Həzə Aslanov qəsəbəsində modul tipli məktəbin quraşdırılması başa çatmaq üzrədir.
Tədbirdə təhsildə fərqləndiyinə görə bir qrup təhsil işçilərinə Ağstafa rayon İcra Hakimiyyətinin müvafiq fəxri fərmanları təqdim olunub.
Sonra rayon Zəlimxan kənd tam orta məktəbinin direktoru Qalib Cəfərov, Əməkdar Müəllim İndira Səmədova, rayon ağsaqqalları Misir Həsənov, Məmməd Məmmədov və digərləri çıxış edərək şərəfli peşə sahiblərini bayram münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
           Tədbir konsert proqramı ilə davam etdi.

 

Keçidlər