Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyəti başçısı yanında Şura iclası

06 sentyabr 2012 | 10:00

05 sentyabr 2012-ci il tarixdə Ağstafa rayonu İcra hakimiyyətinin akt zalında "Ağstafa rayonunda idarə, müəssisə və təşkilatların 2012-2013-cü il qış mövsümünə hazırlığı vəziyyətinə dair" məsələ Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şura iclasında geniş müzakirə edilmişdir.
Şura iclasında xidmət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət və kənd təsərrüfatı müəssisələrinin rəhbərləri, rayon İcra hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri və digər orqanların nümayəndələri iştirak etmişdir. Müzakirə zamanı qışa hazırlıq vəziyyəti geniş təhlil edilərək nöqsan və çatışmamazlıqların qış mövsümünədək aradan qaldırılması üçün aidiyyəti üzrə ciddi tapşırıqlar verilmişdir.
 

Keçidlər