Şriftin ölçüsü :

Saytın rəngi :

30 aprel 2013-cü il tarixdə Ombudsman Elmira xanım Süleymanovanın iştirakı ilə Heydər Əliyev Mərkəzində ictimai dinləmə keçirildi

01 may 2013 | 10:00

İlk öncə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Ombudsman Elmira xanım Süleymanova və bir qrup rayon ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində “Milli Faliyyət Proqramı”nın icrası vəziyyətinin öyrənilməsi ilə əlaqədar tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq rayonda “Milli Fəaliyyət Proqramı”nın icrası sahəsində görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, vətəndaşları narahat edən məsələlərin öyrənilməsi və onların aradan qaldırlması ilə əlaqədar rayonun bütün kənd və qəsəbələrində səyyar qəbullar keçirilir. Bu görüşlərdə rayonun bütün müəssisə, idarə və təşkilatlarının rəhbərləri iştirak edir. Vətəndaşlar tərəfindən rayon İcra hakimiyyətinə ünvanlanan müraciətlərə qanunamüvafiq qaydada baxılır. Eyni zamanda müraciətlərin baxılmasının nəticələrini araşdırmaq üçün monitorinq qrupu yaradılmışdır. Monitorinq qrupu yerlərdə olaraq vətəndaşlarla görüşür və müraciətlərin baxılması vəziyyətini bir daha təhlil edir. Vətəndaşların istənilən yerdən rayon İcra hakimiyyətinə gəlmədən elektron qaydada müraciət etmələri üçün rayon İcra hakimiyyətinin rəsmi internet saytı yaradılmışdır.
Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova çıxış edərək Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində “Milli Faliyyət Proqramı”nın icrası ilə əlaqədar görülmüş işlər barədə geniş məruzə ilə çıxış etdi.
Daha sonra mövzu ətrafında müzakirələr aparıldı və vətəndaşlar tərəfindən verilən suallar ətraflı cavablandırıldı. Ümumilikdə tədbir işgüzar şəraitdə keçdi.

Keçidlər