Ağstafa şəhərinin növbəti Əsgər Eminov küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Ağstafa şəhər küçələrinin əsaslı təmiri və yenidən qurulması istiqamətində tədbirlər uğurla icra olunur. Yenidən qurulan növbəti şəhər küçəsi Heydər Əliyev prospekti ilə kəsişən 400 metr uzunluğunda Əsgər Eminov küçəsidir. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev təmir-tikinti işlərinə məsul şəxslərlə birlikdə küçədə aparılan işlərlə tanış olaraq əlavə tapşırıqlarını verib. Küçədə aparılan işlər çərçivəsində kommunikasiya xətləri səliqəyə salınmış, yeni asfalt-beton qatının qoyulması tamamlanmaq üzrədir. Küçədə müasir işıqlandırma sistemi quraşdırılacaq, piyadaların rahat hərəkəti üçün səkilərdə müvafiq işlər görüləcəkdir. Küçəyə baxış zamanı İcra başçısı bəzi sakinlərlə görüşmüş və bildirmişdir ki, daha üç şəhər küçəsində təmir işlərinin aparılmasına start verilir. Sakinlər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.