Ağstafa Regional Bilik Evində kompüter bilikləri və xalçalıq sənətinə dair tədris kurslarına start verilir
Ağstafa rayonu Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağstafa Regional Bilik Evində “Kompüter texnologiyaları və kargüzarlıq işi” təlim kursu və “Xalçaçılıq” dərnəyi təşkil olunacaqdır. Hər həftənin 3-cü və 5-ci günləri keçiriləcək və 9 ay davam edəcək kursları bitirən müdavimlərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun müvafiq sertifikatı təqdim olunacaqdır.
Tədrisin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, təbliği işində gənclərin fəallığının artırılması, Vətənə sevgi, dövlətə sədaqət, vətəndaşlara qayğı, əhalinin, xüsusilə də gənclərin elmi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki işlərin həyata keçirilməsindən ibarətdir.