Şriftin ölçüsü :

Saytın rəngi :

Göycəli kəndində yenidən qurulan Milli Qəhrəmanın adına parkda yaradılan şəraitlə tanışlıq və sakinlərlə görüş keçirilib

11 oktyabr 2018 | 11:00

Ağstafa rayonunun Göycəli kəndindən olan Milli Qəhrəmanımız  Novruz  Əliyullah oğlu Qurbanovun  adını daşıyan istirahət parkı yenidən qurulmuşdur. Abadlıq işləri çərçivəsində həmçinin parka gedən yolda təmir işləri aparılıb. Uzunluğu 350 metr eni 10 metr olan  yolda qreyderlərlə yol düzəldilib, mövcud çuxurlar   əvvəlcədən çınqıl  ballastı  ilə doldurularaq bərkidilib, üst qat çınqıl töküldükdən sonra bərkidilərək hamarlanıbdır. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə parkda yaradılan şəraitlə tanış olub və kənd sakinləri ilə növbəti görüşünü keçirib.
Tədbiri giriş sözü ilə açan  İcra başçısı qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin xatirəsi daim əziz tutulur, şəhid ailələrinin, müharibə veteranlarının, Qarabağ əlillərinin sosial problemləri həll olunur, rifahları yüksəldilir. Ali Baş Komandanımızın mütəmadi olaraq düşmənlə təmas xəttində olması, hərbçilərlə görüşməsi, düşmən ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə xüsusi diqqət yetirməsi, onların şəraitləri yaxından tanış olması gənc nəslə  vətənpərvərlik tərbiyəsini daha da sarsılmaz edir, gənclərin milli-mənəvi dəyərlərə, xüsusən də vətənpərvərlik tərbiyəsinə yiyələnməsinə böyük təkan verir. Milli Qəhrəmanın anası Şəfiqə Qurbanova çıxış edərək yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Daha sonra görüşdə iştirak edən sakinlərin təklif və müraciətlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verdi.

 

Keçidlər