Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada fəaliyyət göstərən “Akkord Tekstil” fabriki Rusiyanın tanınmış “Chaurel” qadın geyimləri şirkətinə aylıq 10 000 ədəd köynək ixrac edir

11 oktyabr 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq tapşırığına uyğun olaraq təsis edilmiş “Akkord  Tekstil” məhdud məsuliyyətli cəmiyyəti ölkəmizdə geyim istehsalı üzrə fəaliyyət göstərən ən böyük müəssisələrindən biridir. Müəssisənin bölgələrimizdə fəaliyyət göstərən fabriklərindən biri də məhz Ağstafa şəhərində yerləşir.   Belə ki, dövlət başçısının   24 sentyabr 2008-ci il tarixdə Ağstafa rayonuna  növbəti səfəri çərçivəsində  “Akkord Tekstil”  fabrikinin açılışını etmişdir. Artıq 10 ildir fəaliyyət göstərən müəssisə topladığı yüksək təcrübə  və səmərəli fəaliyyətilə əldə etdiyi uğurlar nəticəsində  öz əməkdaşlıq çevrəsini xarici ölkələrə doğru genişləndirməkdədir. Hazırda müvafiq müqavilə əsasından fabrik Russiyanın geyim bazarında liderlər sırasında yer alan “Chaurel” qadın geyimləri şirkətinə hər ay on min köynək istehsal edir. Bununla yanaşı fabrikdə trikotaj köynəklərin və şalvar istehsalı  üçün son hazırlıqlar gedir. 
“Akkord Tekstil” MMC ilə “DEHA Üretim Pazarlama ve İhracat Ltd” Türkiyə şirkətinin birgə fəaliyyəti nəticəsində avropa standartlarına uyğun  köynək istehsal edən yeni tikiş xəttinin quraşdırılma işləri başa çatdırılmışdır. Müasir tələblərə cavab verən avadanlıqların quraşdırılmasında Türkiyənin «Astaş» şirkətinin mütəxəssisləri iştirak etmişlər. Yeni tikiş xəttinin istifadəyə verilməsi nəticəsində bir ayda 15 000 ədəd köynəyin istehsal edilməsi mümkün olmuşdur. Burada  istehsal edilən köynəklər  “Made in Azerbaijan” brendi altında “Alesandro Gattuso”, “Coveri”, “Harrods”, “Tad Willams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respect” və s. Dünyaca məşhur ticarət markaları ilə yerli və xarici bazarlara təqdim edilir.

 

Keçidlər