Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalılar səyyar “ASAN qatar” xidmətinin fəaliyyətindən məmnundurlar

12 oktyabr 2018 | 11:00

01 oktyabr 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  "ASAN xidmət" Mərkəzinin səyyar “ASAN qatar”ı  ağstafalıların xidmətindədir. Ağstafa şəhəri, R.Alıcanov küçəsi  Dəmiryolu stansiyasının birinci dəmiryolu xəttində 15 gün ərzində xidmət göstərəcək  səyyar  xidmətdən artıq 1500-dən çox vətəndaş yararlanıbdır. Xidmətə müraciət edən hər bir ağstafalı, qatarda yaradılan yüksək şəraitdən və onlara göstərilən xidmətin keyfiyyətindən böyük  məmnunluqlarını ifadə edirlər.
Səyyar “ASAN qatar”da göstərilən xidmətlər:
Ədliyyə Nazirliyi:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.
Daxili İşlər Nazirliyi:
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi.
Dövlət Sosial Müdafiə Fondu:
• Əmək pensiyalarının təyin edilməsi;
Əmlak Məsələləri Dövlət Komitəsi:
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
Yardımçı xidmətlər:
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
• Foto xidməti;
• Tibbi xidmət.
• Laboratoriya xidməti (daxildir 400 növ üzrə analiz.)
• Aptek xidməti.

 

Keçidlər