Ağstafa rayonu İcra hakimiyyəti başçısının yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilmişdir.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayon İcra hakimiyyəti başçısı yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilmişdir.
RİH başçısı yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyevin sədrliyi ilə keçirilən iclasda Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin məsul əməkdaşları - Əmək Bazarının Tənzimlənməsi və Formal Məşğulluğun Təşviqi sektorunun müdiri Nərmin Zeynalova, sektorun məsləhətçisi Nicat Rəhmanlı və Əlaqələndirmə Komitəsinin üzvləri iştirak etmişlər.
İclasda rayonda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, Ağstafa rayonu İcra hakimiyyəti başçısının yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin işinin səmərəli təşkil edilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılmışdır.
İclas iştirakçılarının nəzərinə çatdırılmışdır ki, RİH başçısı yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclasının əsas məqsədi rayon ərazisində işsizliyin qarşısının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə məşğulluq problemlərinin səmərəli həll edilməsi məsələlərinə diqqət yetirilmişdir.