Sosial-iqtisadi inkişaf Proqramının icrası uğurla həyata keçirilir.
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014 - 2018-ci illər) uyğun olaraq həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Ağstafa şəhər küçələrinin əsaslı təmiri və yenidən qurulması istiqamətində tədbirlər uğurla icra olunur. Yenidən qurulan növbəti şəhər küçəsi İ. Rəhimov, Ə. Eminov və Səməd bəy Mehmandarov küçəsidir. 300 metr uzunluğu olan İ. Rəhimov, 158 metr uzunluğunda olan Ə. Eminov, və 170 metr uzunluğunda olan Səməd bəy Mehmandarov küçələrində abadlıq və təmir işləri aparılıb. Yol qreyderlərlə düzəldilib, mövcud çuxurlar əvvəlcədən çınqıl ballası ilə doldurulub, bərkidilib, üst qat çınqıl töküldükdən sonra bərkidilərək hamarlanıbdır. Asfalt-beton örtüyünün salınması işləri yekunlaşmışdır. Hazırda qoyulmuş asfalt yolun çiyinləri çınqıl ballası ilə doldurulur. Küçədə müasir işıqlandırma sistemi quraşdırılacaq. Ümumi işlərin yaxın günlərdə yekunlaşdırılması və yenilənmiş küçənin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur