Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində küçələrin yenidən qurulması işi uğurla davam etdirilir

16 oktyabr 2018 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014 - 2018-ci illər) uyğun olaraq  həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Ağstafa şəhər küçələrinin əsaslı təmiri  və yenidən qurulması istiqamətində tədbirlər uğurla icra olunur. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə yenidən qurulan üç küçəni, İbrahim Rəhimov, Əsgər Eminov və Səməd bəy Mehmandarov küçələrini gəzərək  abadlıq quruculuq  işləri ilə tanış olub,  mövcud uyğunsuzluqların  aradan qaldırılması istiqamətində əlavə tapşırıqlarını verib. Kommunikasiya idarəsi rəhbərlərinə aidiyyəti sahələri üzrə  təmir-bərpa işlərinin aparılmasını tapşırıb. Ümumi işlərin yaxın günlərdə yekunlaşdırılması və yenilənmiş küçənin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

 

Keçidlər