Bilik Fondunun təşkilatçılığı ilə tədbir keçirildi
Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Lətafət Dadaşovanın Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması” mövzusunda mühazirəsi təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Ağstafa Rayon Mərkəzi Xəstəxanası və Doğum Evinin həkimləri, şəhərin 1, 2, 3 nömrəli tam orta məktəbləri və texniki-humanitar təmayüllü liseyin yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbir işgüzar şəraitdə keçirilib. Tədbirin yekununda iştirakçıların sualları ətraflı cavablandırılıb.