Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi

17 oktyabr 2018 | 11:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında şuranın 2018-ci ilin 9 ayının sosial -iqtisadi inkişafının  yekunlarına dair iclası keçirildi. İclasda  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayon İcra hakimiyyəti aparatının şöbə  müdirləri,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Şuranın müzakirəsinə çıxarılan məsələlər barəsində ətraflı məlumat verən cənab Məhərrəm Quliyev ilk öncə son dövrdə ölkəmizdə baş verən mühüm hadisələr və həyata keçirilən iqtisadi islahatlar kursu barədə ətraflı məlumat verərək qeyd etdi ki, son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib.
Şurada rayon İcra hakimiyyəti başçısı hesabat məruzəsi ilə çıxış edərək qeyd etdi ki, 2018-ci ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 133.1 milyon manat olmuşdur. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 51.0 faiz,  kənd təsərrüfatı məhsullarının həcmi 8.1 faiz artmış, nəqliyyat xidmətində 1.3 faiz, rabitə xidmətində 8.4 faiz, ticarət sahəsində 4.4 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 32.1 milyon manat olmuşdur. Son 5 ildə rayon iqtisadiyyatına qoyulan investisiyanın həcmi 311 milyon manat olmuş və 6344 yeni iş yeri açılmışdır ki, bundan 4989 (78.6 faiz) daimi iş yerləridir. Ağstafa rayonu üzrə 2018-ci ilin doqquz ayı  ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda  807 nəfər işlə təmin olunmuşdur.  Rayon üzrə işlə təmin olunanların (732 nəfər) 91.0 faizi daimi işlərdə işləyənlərdir. İcra hakimiyyəti başçısı Məhərrəm Quliyev əlavə olaraq bildirdi ki, strateji yol xəritəsi 2016-2020-ci illər üçün inkişaf strategiyasını  və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025 -ci ildən sonrakı dövrdə baxışı özünə ehtiva edir. Həmçinin, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətinin və sosial rifahının daha da yüksəldilməsinə xidmət edəcəkdir. Sonda məsələlər ətrafında geniş müzakirələr aparıldı. Həmçinin aidiyyatı təşkilat rəhbərlərinin arayışı dinlənildi. Şura iclası işgüzar şəraitdə keçdi.

 

Keçidlər