Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Kəsəmən kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş

18 oktyabr 2018 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Dağ Kəsəmən  kəndində keçirilən növbəti səyyar görüşdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı məlumat verdi. 
İcra başçısı görüşdə iştirak edən sakinlərdən kənddə narahatlıq doğuran istənilən məsələnin açıq şəkildə səsləndirilməsini xahiş edərək, onların təklif və müraciətlərini qəbul etdi. Vətəndaşlar Dağ Kəsəmən kəndinin Yeni Məhəllə adlanan hissəsində bir ədəd subartezian quyusunun qazılmasını, təbii qaz xəttinin çəkilməsini və elektrik xətlərinin yenisi ilə əvəz  edilməsini diqqətə çatdırdılar.
İcra başçısı qaldırılan bu və digər məsələləri şəxsi nəzarətinə götürüb və operativ qaydada həlli istiqamətlərində aidiyyəti üzrə tapşırıqlarını verdi.

 

Keçidlər