Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr Dövlət Müstəqilliyi günü ilə əlaqədar veteranlarla görüş keçirilib

19 oktyabr 2018 | 11:00

18 oktyabr Dövlət  Müstəqilliyi günündə  Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirib.
Heydər Əliyev adına parkda səmimi söhbət əsasında keçirilən görüşdə dövlət və dövlət başçısı tərəfindən müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə göstərilən qayğıdan söz açılıb.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bildirib ki, Ağstafada Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına olan qayğı həmişə yüksək səviyyədə olub.  İcra başçısı bildirib ki, istər şəhid ailələrinə, istər Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan qayğı bundan sonra da yüksək səviyyədə olacaqdır. Bu günə kimi ölkə başçısının sizlərə olan qayğısı iş fəaliyyətimin əsas hissəsini təşkil edib, bundan sonra da belə davam edəcəkdir.

Keçidlər