Şriftin ölçüsü :

Saytın rəngi :

Köçəsgər kəndində Acı dərədə uçqun baş verən əraziyə baxış keçirildi

23 oktyabr 2018 | 11:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev və aidiyyatı orqanların rəhbərlərilə birlikdə Köçəsgər kəndində “Acı dərə” adlanan əraziyə baxış keçirildi.  Kənd sakinləri kənddə  yerləşən “Acı dərə” adlanan ərazidə vətəndaşları narahat edən sürüşmə zonasının təhlükə mənbəyi olduğunu bildirdilər. İcra başçısı aidiyyatı üzrə qaz, elektrik, yol təsərrüfatı rəhbərləri eləcə də kənd İcra nümayəndəliyinə əhalinin təhlükəsizliyinin təmini ilə bağlı ciddi tapşırıqlarını verdi. Rayon İcra hakimiyyəti başçısı kənd sakinlərinə məlumat verərək bildirdi ki, məsələ ilə bağlı Mərkəzi İcra orqanlarına müraciət olunmuşdur. Sonda vətəndaşlarla çay süfrəsi ətrafında səmimi görüş oldu.

 

Keçidlər