Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş Köçəsgər kənd sakinləri ilə keçirildi

24 oktyabr 2018 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Köçəsgər kəndində səyyar qəbul-görüş keçirdi. Bu görüşdə rayon İcra hakimiyyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ağsaqqalları, ziyalılar və kənd sakinləri iştirak edirdilər.
Rayon İcra hakimiyyətinin başçısı ölkəmizdəki mövcud sosial-iqtisadi inkişaf və ictimai-siyasi sabitlikdən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırıqlarına əsasən Ağstafada son illərdə həyata keçirilmiş abadlıq-quruculuq işlərindən və inşası uğurla davam etməkdə olan irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, rayonun bütün digər yaşayış məntəqələri kimi Köçəsgər kəndinin sosial probebləmlərinə daima qayğı ilə yanaşılmış, kəndin elektrik enerjisi və qaz təchizatı kimi məsələləri öz həllini tapmış, kənddə yeni orta məktəb binası inşa edilmişdir. Kənddə yeni subartezian quyuları qazılmış, bir neçəsi təmir edilmiş və sakinlərin suya olan təlabatı ödənillir. Ağstafa şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası, eləcə də rayonun qəsəbə və kənd yaşayış məntəqələrində sosial infrastrukturun yaxşılaşdırılması sahəsində görülən işlər barəsində də fikir mübadiləsi aparıldı.Görüşdə iştirak edən kənd sakinləri də öz növbəsində kənddə görülən abadlıq, quruculuq işlərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
Sonda  rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər