Şriftin ölçüsü :

Saytın rəngi :

Şura iclası işgüzar şəraitdə keçdi

29 oktyabr 2018 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 9 ayın yekunlarına dair iclası keçirilib. İclasda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, başçının müavinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirk ediblər. Məhərrəm Quliyev ilk öncə son dövrdə ölkəmizdə baş verən mühüm hadisələr və həyata keçirilən iqtisadi islahatlar kursu barədə ətraflı məlumat verərək qeyd etdi ki, son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib. Şurada rayon İcra hakimiyyəti başçısı hesabat məruzəsi ilə çıxış edərək qeyd etdi ki, 2018-ci ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 133.1 milyon manat olmuşdur. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 51.0 faiz,  kənd təsərrüfatı məhsullarının həcmi 8.1 faiz artmış, nəqliyyat xidmətində 1.3 faiz, rabitə xidmətində 8.4 faiz, ticarət sahəsində 4.4 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 32.1 milyon manat olmuşdur. Son 5 ildə rayon iqtisadiyyatına qoyulan investisiyanın həcmi 311 milyon manat olmuş və 6344 yeni iş yeri açılmışdır ki, bundan 4989 (78.6 faiz) daimi iş yerləridir. Ağstafa rayonu üzrə 2018-ci ilin doqquz ayı  ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda  807 nəfər işlə təmin olunmuşdur.  Rayon üzrə işlə təmin olunanların (732 nəfər) 91.0 faizi daimi işlərdə işləyənlərdir. İcra hakimiyyəti başçısı Məhərrəm Quliyev əlavə olaraq bildirdi ki, strateji yol xəritəsi 2016-2020-ci illər üçün inkişaf strategiyasını  və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025 -ci ildən sonrakı dövrdə baxışı özünə ehtiva edir. Həmçinin, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətinin və sosial rifahının daha da yüksəldilməsinə xidmət edəcəkdir. Sonda məsələlər ətrafında geniş müzakirələr aparıldı. Həmçinin aidiyyatı təşkilat rəhbərlərinin arayışı dinlənildi.

Vəli VƏLİYEV

"Respublika".

Keçidlər