Şriftin ölçüsü :

Saytın rəngi :

Həzi Aslanov qəsəbəsi sakinləri ilə növbəti səyyar görüş keçirildi

31 oktyabr 2018 | 11:00

Ağstafa  rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Növbəti bu cür görüş Həzi Aslanov qəsəbəsində keçirildi. Tədbiri giriş sözü ilə açan İcra başçısı ilk öncə ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, eləcə də son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən Ağstafa rayonunda həyata keçirilən geniş abadlıq-quruculuq işlərindən, sosial infrastruktur layihələrdən və hazırda bu istiqamətdə aparılan işlər barədə geniş məlumat verdi. Qeyd olundu ki, rayonun bütün yaşayış məntəqələrində əhalinin məşğulluğunun artırılması istiqamətində işlər davam edir, o cümlədən Həzi Aslanov qəsəbəsində də qaz, işıq, içməli və suvarma su, yol məsələləri, təhsil, səhiyyə ocaqları kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri addımlar atılır. Həmçinin qəsəbədə yeni modul tipli məktəbin tikintisində də son tamamlanma işlərinin aparıldığı nəzərə çatdırıldı.
İcra başçısı cənab Məhərrəm Quliyev görüşdə iştirak edən sakinlərdən qəsəbədə narahatlıq doğuran istənilən məsələnin açıq şəkildə səsləndirilməsini bildirərək, onların təklif və müraciətlərini qəbul edib. Qeyd olunanlarla bağlı müvafiq təşkilat rəhbərlərinin arayışları dinlənilib. İcra başçısı qaldırılan məsələləri şəxsi nəzarətinə götürüb və operativ qaydada həlli istiqamətlərində aidiyyatı üzrə tapşırıqlarını verib.

 

Keçidlər