1 noyabr - Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü Ağstafada qeyd edilib
Bu gün Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə mərkəzin önündə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev kənd təsərrüfatı işçilərini “1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı” münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar diləyib. İcra başçısı kənd təsərrüfatı işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirərək, bu günkü bayram gününü dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib. Cənab Məhərrəm Quliyev 2018-ci ilin Ağstafa rayonun aqrar sahəsi üçün uğurlu il olduğunu qeyd etdi. Tədbirdə fəaliyyətlərində fərlqləndiklərinə görə bir sıra kənd təsərrüfatı əməkdaşları Ağstafa Rayon İcra hakimiyyətinin müvafiq fəxri fərmanları ilə təltif olunublar.