Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Bu gün Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının inzibati binasının önündə Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon İcra hakimiyyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edilmişdir ki, milli Bayrağımız müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir.Dövlət bayrağı meydanının salınması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızın bariz nümunəsidir. Dövlət rəmzləri Azərbaycan xalqının və Prezidentinin daim diqqət mərkəzində olmuşdur. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.