Gənclərin şüurlu əməyə hazırlanması məqsədi ilə maarifləndirici tədbir keçirilmişdir
02 may 2013 | 10:00
01 may 2013-cü il tarixdə Ağstafa şəhər 1 saylı tam orta məktəbində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əməkdaşları tərəfindən məktəb müəllimlərinin, valideynlərin, yuxarı sinif şagirdlərinin iştiakı ilə gənclərin şüurlu əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətinin nəzərə almaqla onların övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədi ilə peşə seçmək sahəsində maarifləndirici tədbir keçirilmişdir. Mövzu ətrafında tədbirdə iştirak edən məsul şəxslər, müəllim və valideynlər tərəfindən geniş diskusiya aparıldı.
Ümumilikdə tədbir işgüzar şəraitdə keçdi.