Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Dövlət Bayrağı Günü ilə əlaqədar konfrans keçirildi

08 noyabr 2018 | 11:00

Ağstafa rayonu Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında Dövlət Bayrağı Gününə həsr olunmuş konfrans keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyubova bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyun ayının 24-də verilib. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabr ayının 17-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi, Ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılmışdır. İcra başçısının müavini Lalə Eyubova çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Keçidlər