“12 Noyabr-Konstitusiya Günü”nə həsr olunmuş tədbir keçirildi
12 noyabr Konstitusiya günü ilə əlaqədar Ağstafa şəhər Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirildi.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova məruzə ilə çıxış edərək bildirdi ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 23 il ötür. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunması ilə Azərbaycan xalqı öz tarixinin ən yeni çağına qədəm qoydu. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi ilə xalqımız öz siyasi iradəsinin azad ifadəçisinə çevrildi. Müstəqilliyin ilk illərində ölkə dağılmaq və suverenliyini itirmək təhlükəsi ilə üzləşərkən həmin azad, siyasi iradə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etməklə öz tarixi seçimini etmiş oldu. .
Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi referendumda qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiya respublikamızın hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, hakimiyyətinin və dövlətin əsaslarını müəyyən etməklə və ən yüksək hüquqi qüvvəyə malik olmaqla hüquq sisteminin bünövrəsini təşkil etmiş və əsaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır. Sonra çıxış edən tədbir iştirakçıları Konstitusiyanın beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəd olduğunu qeyd etmiş, Konstitusiyanın qəbul edilməsində Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışlar.