Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyasının iştirakçıları və valideynləri ilə görüş keçirildi

13 noyabr 2018 | 11:00

13 noyabr 2018-ci il tarixdə Ağstafa rayonu İcra hakimiyyətinin akt zalında İcra başçısı Məhərrəm Quliyev “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 14-17 noyabr tarixlərində Lənkəran-Masallı-Astara istiqamətində tur-aksiyanın iştirakçıları və valideynləri ilə görüş keçirdi. Məktəbliləri salamlayan rayon İcra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını almışdır.
Çıxış edən müəllimlər, valideynlər qeyd etdilər ki, bu layihə məktəblilərə vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla yanaşı eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir. Layihə çərçivəsində məktəblilər ölkəmizin müxtəlif bölgələrinə səfərdən çox zəngin təəssüratla qayıdırlar. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır. Ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyəti başçısı bildirdi ki, artıq qrupun yola düşməsi üçün bütün təşkilati məsələlər həll olunmuş, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, İcra hakimiyyətində yaradılan qərargah tərəfindən qrupa rəhbər təyin edilmişdir. Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və digər məsələlər müəyyən edilib, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur. Məhərrəm Quliyev nitqinə yekun vuraraq məktəblilərə səfər zamanı Ağstafamızı, təhsil aldığınız məktəbləri layiqincə təmsil etmələrini və evlərinizə xoş təəssüratlarla qayıtmalarını bildirdi.

 

Keçidlər