Ağstafalı gənclər Azərbaycan Gənclərinin VIII forumuna iştirak ediblər
16 noyabr 2018- il tarixində Bakı konqres Mərkəzində "Cümhuriyyətin varisləri Azərbaycan gəncləri" mövzusunda Azərbaycan Gənclərinin VIII forumu keçirilmişdir. Forumda Ağstafa rayon nümayəndə heyəti də iştirak etmişdir.
Forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak ediblər. Forumda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov VIII Forumun ölkəmiz üçün əlamətdar tarixdə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsindən məmnunluğunu bildirdi.Tədbirdə Birinci vitse-prezidentin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxudu.Tədbirin yekununda qətnamə və VIII Forumun iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.