Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayon ağsaqqalları və gənclərinin görüşü keçirildi

04 may 2013 | 10:00

Ağstafa rayonu Gənclər Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rayonun yaradıcı yeniyetmə və gəncləri ilə rayon ağsaqqalları, ziyalıları və yazarlarının görüşü təşkil olundu.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri yazıçı-publisist Firdovsi Heydərli, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov,  Hüseyn Arif ədəbi birliyinin sədri şair Saqif Qaratorpaq, gənc müəllimə Günel Məmmədova, Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Layiq Qələndərov ulu öndərimiz Heydər Əliyevin Azərbaycan ağsaqqallarına və gənclərinə göstərdiyi yüksək diqqət və qayğıdan,  bu istiqamətdə görülən işlərin bu gündə uğurla davam etdirilməsindən geniş danışdılar. Qeyd olundu ki, bu gün ölkəmizdə bütün sahələrdə gənclər üçün ən yüksək tələblərə cavab verən şərait yaradılmışdır. Çıxış edən ağsaqqallar qeyd etdilər ki, hər bir Azərbaycan gənci cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, onlara göstərilən etimadı lazımınca doğrultmalıdırlar.    
Tədbirdə Ulu öndərə həsr olunmuş şerlər, aşıq Hüseyn Əzizoğlunun, gənc aşıq Əfsanənin ifasında musiqili kompazisiyalar təqdim olundu. Tədbirdə rayonun bir sıra şairlərinin yenicə çap üzü görmüş kitabları gənclərə hədiyyə olaraq paylanıldı.

Keçidlər