Şriftin ölçüsü :

Saytın rəngi :

Pirili kəndində növbəti səyyar görüş

21 noyabr 2018 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Pirili kəndində növbəti səyyar görüş keçirdi.
Bu görüşdə İcra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanları, royonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Tədbirdə İcra başçısı Məhərrəm Quliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, hərbi qüdrətindən, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafa şəhərində görülən işlərdən geniş bəhs edib.
Ağstafa RİH-nin başçısı Məhərrəm Quliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı.   İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı. O cümlədən Pirili kəndində də  qaz, işıq, içməli və suvarma suyu, yol məsələləri, təhsil, səhiyyə ocaqları kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri addımlar atıldığını qeyd etdi. Səyyar qəbulda iştirak edən sakinlər İcra başçısına müraciətlərində kəndin mərkəzində bir ədəd subartezian quyusunun qazılması, suvarma arxlarının betonlaşdırılması, kənd tam orta məktəb binasının əsaslı təmiri olunması məsələlərini irəli sürüblər .
Sakinlərin  təklif və müraciətlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

 

Keçidlər