Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Əmək yarmarkası keçirildi

21 noyabr 2018 | 11:00

Ağstafa rayonunda əhalinin məşğulluğunun artırılması, işsizliyin azaldılması və sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə 21 noyabr 2018-ci il tarixdə “Əmək yarmarkası” keçirilmişdir. Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən yarmarkaya rayonun 22 təşkilatı tərəfindən 303 boş iş yeri təqdim edilmişdir. Sakinlər təfindən “Əmək yarmarkası”na ciddi maraq göstərilmişdir.
“Əmək yarmarkası”nda işə düzəlmək üçün  350 nəfər müraciət etmişdir. Müraciət edənlərdən 46 nəfərinə işə göndəriş verilmişdir. 

Keçidlər