Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada ədliyyə işçilərinin peşə bayramının 100 illiyi qeyd olundu

22 noyabr 2018 | 11:00

Bu gün Ağstafa rayonu Heydər Əliyev Mərkəzində ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan Ədliyyəsinin yaradılmasının 100 illik yubileyi münasibətilə geniş tədbir keçirilib. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, raonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak edib. Tədbir iştirakçıları öncə mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə dərin ehtiramlarını bildiriblər. Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zallarında dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolara tamaşa ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk öncə ölkəmiz üçün əlamətdar  gün münasibətilə ədliyyə işçilərini təbrik edib. Qeyd olunub ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev  ölkənin bütün sahələrində,  o cümlədən  ədliyyə orqanlarında həyata keçirtdiyi hüquqi islahatlar nəticəsində Azərbaycan Ədliyyəsi milli maraqlarımızın və qanunun aliliyinin təmin olunmasına şərəflə xidmət edən dövlət təsisatına çevrilmişdir. Bu gün də Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla davam etdirən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasət  uğurla davam etdirilir.
Sonra  Ağstafa rayon məhkəməsinin sədri İlqar Əliyev bildirdi ki, Ulu öndərin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə ölkəmizdə hər il noyabrın ayının 22-i ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi yaradılmış Ədliyyə Nazirliyinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində davamlı inkişaf yolu keçdiyini, günbəgün müasirləşdiyini, yeni-yeni uğurlara imza atdığını, eləcə də bu gün nazirliyin ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak etdiyini, vətəndaş cəmiyyətinin inkişafına yeni töhfələr verdiyini vurğuladı
Tədbirdə uzun müddət səmərəli fəaliyyət göstərmiş ədliyyə işçilərinin bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.

 

Keçidlər