Ağstafada tut tinglərinin əkilməsinə start verildi
28 noyabr 2018 | 11:00
Bu bün Ağstafa rayonunda tut tinglərinin əkilməsinə start verildi. Rayon İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev bildirdi ki, Ağstafa rayonu üçün ənənəvi sahə hesab edilən baramaçılığın inkişafının daha da yüksəldilməsi istiqamətində davamlı işlər aparılır. Bu məqsədlə rayonun kənd və qəsəbələrində tut tinglərinin əkin işləri aparılır. Bu gün rayonun Qırılı, Qıraq Kəsəmən və Sadıqlı kəndlərində tut tingiləri əkilib. Ümumi rayon üzrə isə 4 min ağacın əkilməsi başa çatdırılıb.
İlin sonuna kimi 10 min tut tinginin əkilməsi planlaşdırılır.
Sadıqlı kəndində görülən əkin işləri ilə yaxından tanış olan cənab Məhərrəm Quliyev vətəndaşlarla birlikdə fidanların basdırılmasında iştirak etmişdir.