Sadıqlı kəndində növbəti səyyar görüş
Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində rayon İcra hakimiyyəti başçısının sakinlərlə səyyar görüşləri davam etdirilir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti səyyar görüşünü rayonun Sadıqlı kəndində keçirib. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, o cümlədən kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan İcra başçısı diqqətə çatdırdı ki, bu cür səyyar görüşlərin keçirilməsində əsas məqsəd Sadıqlı kəndi kimi digər rayon mərkəzindən uzaq məsafədə yaşayan sakinlərin əlavə əziyyət çəkərək rayon mərkəzinə getməməsindən ibarətdir. Görüşdə sakinləri narahat edən istənilən məsələnin səsləndirilməsi təklif olundu. İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, əmin-amanlığından geniş söz açıb. Həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən rayonda görülən geniş abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərindən, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə danışıb. Qeyd olunub ki, sadalanan işlər dövlət başçımız cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Sonda müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərini qəbul edərək qaldırılan məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.