Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər 1 və 2 saylı tam orta məktəblərində " İslamda Vətən anlayışı” mövzusunda tədbir keçirilmişdir

29 noyabr 2018 | 11:00

   Tədbiri giriş sözü ilə RIH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq bildirdi ki, Ağstafa rayonunda dini qurumlarla münasibətlər Azərbaycan Respublikasının Konstitusiyasına və “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən qurulur. Qeyri-ənənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədilə mütamadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Qeyd olundu ki, vətənini, xalqını, onun dinini və dilini sevmək hər bir gəncin qarşısında duran əsas vəzifələrdən biridir.

Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri -“İmam Əli” adına Ağstafa Cümə məscidinin dini icmasının üzvü Firdovsi Heydərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə nümayəndəsi Rasim Tağıyev, “İmam Əli” adına Ağstafa Cümə məscidinin dini icmasının sədri Şahin İsmayılzadə və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində islama, onun ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqad mövcuddur. Cənab İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir.

Keçidlər