Ağstafada Ümumdünya Əlillər günü qeyd olundu
Bu gün Ağstafa şəhər “Yazıçılar evi”ndə Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək fiziki cəhətdən sağlamlığında problem olan insanları 3-dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə salamladı. Qeyd etdi ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Bu gün Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.
Sonra Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, Qarabağ müharibəsi əlilləri rayon şöbəsinin sədri Yaqub İsmayılaov və başqaları ölkəmizdə əlillərə göstərilən yüksək diqqət və qayğıya görə bütün əlillər adından ölkə prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Ağstafa rayon İcra hakimiyyəti tərəfindən bir qrup əlilə maddi yardım göstərildi.